"Mançester Yunayted" "Everton"un futbolçusu İliman Ndiayı transfer etəm istəyir.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" seneqallı vingerə həftəlik 150 min funt-sterlinq maaş təklif edib. Ndia bu təklifi qəbul etməyə hazırdır.

Klubu 26 yaşlı vinger üçün 75 milyon funt-sterlinq tələb edir. "Mançester Yunayted" yaxın vaxtlarda Mersisayd təmsilçisi ilə transfer danışıqlarına başlamağı planlaşdırır.

Qeyd edək ki, İliman Ndiay bu mövsüm "Everton"un heyətində keçirdiyi 27 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest