12 Aprel 2026, 16:14
FUTBOL
"Barselona"nın gənc istedadı Mark Kasado yay "transfer pəncərəsi"ndə komandanı tərk etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Alfredo Martines paylaşıb.
Bildirilir ki, futbolçu baş məşqçi Hansi Flikin gələcək planlarında yer almadığını hiss etdiyi üçün bu addımı atmağa qərar verib.
22 yaşlı yarımmüdafiəçinin karyerasını davam etdirəcəyi ən real ünvan Səudiyyə Ərəbistanıdır. Artıq bir neçə ərəb klubunun oyunçu ilə maraqlandığı və rəsmi təklif hazırladığı qeyd olunur.
Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Kasado bu mövsüm əsas komandada bir neçə matçda iştirak etsə də, sabit oyun praktikası qazana bilməyib.












