"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 31-ci turunda "Jirona" ilə 1:1 hesablı heç-heçədə qaşından aldığı zədə səbəbindən məşqə qatılmayıb.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Fransalı hücumçu "Jirona" ilə oyunun 88-ci dəqiqəsində qonaq komandanın cərimə meydançasında Vitor Reis tərəfindən üzünə yumruq vurulduqdan sonra zədə alıb. Hakim Xavyer Alberola Roxas epizodda qayda pozuntusu qeydə almayıb və penalti təyin etməyib.

Qeyd edək ki, aprelin 15-də "Real" Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Bavariya" ilə qarşılaşacaq. Madridlilər ilk oyunda 1:2 hesabı ilə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest