13 Aprel 2026, 19:58
MPL
Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 18-də keçiriləcək və saat 19:30-da start götürəcək.


_1776114032.jpg)







_1776098128.jpeg)

