"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Ukrayna millisinə mümkün təyinatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Matc.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu şayiələri təkzib edərək vurğulayıb ki, milli komandanın nümayəndələri ilə heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, bu mövzuda səslənən bütün fikirlər sadəcə mediada yayılan fərziyyələrdir.

Vernidub həmçinin qeyd edib ki, hazırda bütün diqqətini “Neftçi”dəki işinə yönəldib və iş yerini dəyişməyi planlaşdırmır. Onun Ukrayna millisində mümkün təyinatı məsələsi hazırda gündəmdə deyil.

Qeyd edək ki, Yuri Vernidub 2025-ci ilin dekabrında "Neftçi"nin baş məşqçisi vəzifəsinə təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest