Bu gün Misli Premyer Liqasında XXVIII turun oyunlarına yekun vurulacaq.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

"İmişli" səfərdə "Kəpəz"lə qarşılaşacaq. "Sumqayıt" isə doğma meydanda "Qəbələ"ni qəbul edəcək.

Misli Premyer Liqası
XXVIII tur
19 aprel (bazar)

15:30. "Kəpəz" – "İmişli" 
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu

18:00. "Sumqayıt" – "Qəbələ" 
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest