24 Aprel 2026, 13:25
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Milan təmsilçisi yanvarda heyətinə qata bilmədiyi Cons üçün yayda yenidən hərəkətə keçəcək. İngiltərə klubu 1 illik müqaviləsi qalan 25 yaşlı oyunçunu satmağa hazırdır.
Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində keçirdiyi 44 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












