"Real" Vinisius Juniorun müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Braziliyalı vingerlə yeni sözləşmənin şərtləri razılaşdırılıb. Vinisius daha əvvəl yeni müqavilə üçün Kilian Mbappedən daha çox maaş tələb edirdi. Lakin 25 yaşlı futbolçu artıq klubun təklif etdiyi şərtləri qəbul edib. Braziliya millisinin üzvünün maaşı Mbappedən az olacaq.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 18 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest