23 Aprel 2026, 17:16
FUTBOL
"Lans"ın müdafiəçisi Malanq Sarr karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Müqaviləsi yayda başa çatan Sarr Fransa klubundan ayrılmaq niyyətindədir. Bunu nəzərə alan İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Malanq Sarr bu mövsüm "Lans"ın heyətində keçirdiyi 33 oyunda 1 qol ötürməsi edib.












