28 Aprel 2026, 13:07
MPL
Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.


_1777388422.png)









