28 Aprel 2026, 13:25
DÇ-2026
FIFA DÇ-2026-da sarı vərəqə qaydalarında dəyişiklik etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri məlumat yayıb.
Həm qrup mərhələsindən, həm də 1/4 finaldan sonra sarı vərəqələr ləğv olunacaq. Bunun səbəbi oyunçuların vacib oyunlarda cəzalı duruma düşməməsidir.
Qeyd edək ki, dünya çempionatı 11 iyun-19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə təşkil olunacaq.


_1777388422.png)









