"Bavariya"nın müdafiəçisi Dayo Upamekano UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin PSJ ilə ilk matçından öncə açıqlama verib.

Matc.az xəbər verir ki, fransalı futbolçu güclü rəqibə qarşı oynayacaqlarını bildirib:

"Bizim üçün çox böyük oyundur. Tam şəkildə öz oyunumuza köklənmişik. Aydındır ki, qalib gəlmək istəyirik. PSJ-nin heyətində çox güclü futbolçular var. Rəqibimiz əla komandadır. Usman Dembele topu meydanın hər yerində qəbul edir. Bizdə də ona bənzər futbolçu var - Harri Keyn. Baş məşqçi Vensan Kompani mənə çox şey verir. Xüsusilə də müdafiəçi kimi oyuna baxışı çox dəyərlidir. O, öz nəslinin ən yaxşılarından biri olub və mənim üçün nümunədir. Kompaninin rəhbərliyi altında çalışmaq inanılmaz təcrübədir. Özümü inkişaf etdirdiyimi hiss edirəm. Onunla işlədiyim üçün həqiqətən xoşbəxtəm”, — deyə futbolçunun sözlərini UEFA-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə mayın 6-da Almaniyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest