AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXIX turunun "Neftçi" - "Qarabağ" oyununda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
90+3-cü dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib. Meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə "ağ-qaralar" 8000 manat ziyana düşüb.
Eyni matçda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 7000 manat cərimələnib.









_1777468777.jpg)


