"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirir. Matc.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.

Tulalılar "Pribram"la qarşılaşıb. Əvvəlki 3 sınaq matçında ümumilkdə qapısında 11 cavabsız top buraxan çexiya klubu bu dəfə qolsuz bərabərliyə nail olub.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Rusiyada, cavab görüşü isə avqustun 1-də rəqib meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest