06 May 2026, 11:40
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün mövsümün çempionu müəyyənləşə bilər.
Lider "Şəfa" Buzovna qəsəbə stadionunda autsayder "Difai" ilə üz-üzə gələcək. Qonaqlar qələbə qazansa, mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirəcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Şəfa" 24 turdan sonra 53 xal toplayıb. İkinci yerdə gedən "Səbail"in isə 46 xalı var.






 (1)_1778066809.jpg)
_1778065196.jpg)
_1778064537.jpg)



