Londonun "Arsenal" klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletiko"ya qalib gələrək turnirin finalına vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, qarşılaşmadan sonra "topçular"ın müdafiəçisi Vilyam Saliba komandasının çıxışını şərh edib:
"Çempionlar Liqasının finalına yüksəlmək bizim üçün çox vacib idi. Xüsusilə turnirin bu yeni formatında və rəqiblərin yüksək səviyyədə olduğu bir vaxtda buna nail olmaq çətindir. "Atletiko"ya qalib gəldiyimiz və bu fürsəti qazandığımız üçün şadıq. Belə oyunlarda müdafiəçi olmaq həmişə çətindir. Çünki çox güclü və yüksək keyfiyyətli hücumçulara qarşı oynayırsan. Həqiqətən güclü bir komandaya qalib gəlmək üçün çox fədakarlıq etməli olduq. Qələbə qazandığımız və möhtəşəm bir hədəfə çatdığımız üçün xoşbəxtik. Final cəmi bir oyundan ibarətdir. Əgər qalib gəlsək, bu, bir arzunun gerçəkləşməsi olacaq. Lakin diqqətimizi qorumalıyıq. Qarşıda hələ dörd həftəmiz var. İlk növbədə Premyer Liqa haqda düşünməliyik".
Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının finalında "Bavariya" – PSJ cütünün qalibi ilə qarşılaşacaq.






 (1)_1778066809.jpg)
_1778065196.jpg)
_1778064537.jpg)



