Fil Dişi Sahilindən olan Yaya Turenin yeni komandasının adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, "Barselona" və "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi karyerasını çində davam etdirəcək.

Belə ki, 36 yaşlı orta sahə oyunçusu "çindao Haynyu" ilə anlaşıb. Turenin "çindao Haynyu"da oynayacağı dəqiqləşsə də, müqavilənin bəzi detalları barədə müzakirələr davam edir.

Qeyd edək ki, Yaya Turenin son klubu "Olimpiakos" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest