19 İyun 2026, 11:40
DÇ-2026
Kurasao milli komandası 2026-cı il dünya çempionatında iştirakına görə Ginnesin Rekordlar Kitabına düşüb.
Kurasao milli komandası 2026-cı il dünya çempionatında iştirakına görə Ginnesin Rekordlar Kitabına düşüb.
"Matc.az" xəbər verir ki, bu barədə məlumatı yerli futbol federasiyası paylaşıb.
Ada təmsilçisi turnirdə mübarizə aparan ən az əhalisi olan ölkə kimi dünya çempionatı tarixinə keçib. Cəmi 156.115 nəfər əhalisi olan ölkə bu göstəricidə mundiallar tarixinin mütləq rekordçusu olub.
Xatırladaq ki, Kurasao 2026-cı il dünya çempionatındakı debüt matçında Almaniyaya 1:7 hesabı ilə məğlub olub.













