Almaniya millisinin bir nömrəli qapıçısı Manuel Noyer, turnirdə ən çox oyun keçirən qapıçı olaraq dünya çempionatı tarixini yenidən yazıb.

Matc.az xəbər verir ki, Almaniya millisinin Fil Dişi Sahili üzərində 2:1 hesablı qələbə qazandığı oyun "Bayern"in qolkiperinin dünya çempionatındakı 21-ci oyunu olub. Bununla da o, 20 oyunla fransalı Hüqo Lyorisə məxsus olan rekordu geridə qoyub.

Milli komandada ümumilikdə 126 oyun keçirən Manuel, bu matçlarda qapısından 120 qol buraxıb, 50 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb. Noyer həmçinin DÇ-2026-nın açılış matçında Kyurasaoya qarşı (7:1) 90 dəqiqə meydanda olub. Həmin görüşdə 40 yaşlı qapıçı dünya çempionatında çıxış edən ən yaşlı "Bundestim" oyunçusu statusunu qazanıb. O, cari mundialdan sonra milli karyerasını başa vuracağını əvvəllər açıqlamışdı.

Yulian Nagelsmanın komandası iki oyundan maksimum 6 xal toplayaraq pley-off mərhələsinə vaxtından əvvəl vəsiqəni təmin edib. Almanlar qrupdakı son oyununu iyunun 25-i (Bakı vaxtı ilə saat 04:00-da) Ekvadora qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest