2026-cı il dünya çempionatında daha bir oyun günü başa çatıb və turnir çərçivəsində növbəti dörd qarşılaşma keçirilib.

Matc.az xəbər verir ki, Niderland İsveçə (5:1), Almaniya isə Fil Dişi Sahilinə (2:1) qalib gəlib. Ekvador - Kyurasao matçında qolsuz bərabərlik (0:0) qeydə alındığı halda, Yaponiya Tunisi darmadağın edib (4:0).

Bombardirlər yarışına hazırda hərəyə 3 qol vuran üç futbolçu – Argentinanın hücumçusu Lionel Messi, Kanadanın hücumçusu Conatan Devid və Almaniyanın hücumçusu Deniz Undav liderlik edirlər.

Dünya çempionatının qrup mərhələsi iyunun 11-dən 27-nə qədər davam edəcək. Komandalar dairəvi sistem üzrə hərəyə üç oyun keçirirlər. Reqlamentə əsasən, qruplarında ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz qrup üçüncüsü də pley-off mərhələsinə adlayacaq. Turnir boyu ümumilikdə 104 oyun keçiriləcək ki, bu da dünya çempionatları tarixində mütləq rekorddur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest