"Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik vursunlar"

"Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Keçən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik". Matç.az saytı xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının IX turunun "Sabah" – "Zirə" (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov deyib.

öncə matç barədə fikirlərini açıqlayan mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb: "Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi. Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik vursunlar. Keçən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkanlar yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəssüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilanımız olmur. Bizdə yeganə xoş hal odu ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odu ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdu.

-  Hesabı bərabərləşdirəndən sonra komanda tam heyətlə irəli atıldı. Yekunda əks-hücumdan qol buradız...

-  özüm-özümü də soyunub-geyinmə otağında söyürdüm.  Epizodda sanki hiss etmişdm ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyiini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, professionalsansa, bilməlisən ki, hara vurursan. çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbrli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odu ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbrli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün çubuğum yoxdu. İnanıram ki, komandamız ən yaxşılardan olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest