"Səbail"də çox dəyişikliklər olub. Komanda hələ istənilən səviyyədə deyil. Evdə oynayacağımız üçün azarkeşlər bizi dəstəksiz qoymayacaq. Burda müsbət nəticə əldə edə bilsək, Krayovaya başqa strategiya ilə yollanacağıq".

"Səbail"in "Astra"dan yenicə transfer etdiyi braziliyalı müdafiəçi Eriko da Silva Rumıniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, həmin ölkədə "Astra"dan əvvəl "Universitatya Kluj" və "Panduri"nin də formasını geyinmiş 30 yaşlı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova" ilə sabah keçiriləcək ilk görüşlə bağlı fikirlərini bölüşüb.

- "Səbail"ə keçidiniz necə reallaşdı?

- "Astra" ilə müqavilə müddətim başa çatandan sonra mənimlə əlaqə saxladılar. Baş məşqçinin məni Avropa Liqasında "Zirə" ilə oyunlardan xatırladığını dedilər. Sonra bir təklif etdilər və əlimi sıxdılar.

- Rumıniya da daxil olmaqla, başqa təklifləriniz var idimi?

- Rumıniya klubları ilə bəzi müzakirələr apardıq. Həmçinin "Astra" ilə də görüşümüz oldu.

- "Səbail"in futbolçusu kimi, ilk rəqibinizin Rumıniya klubu olmasını gözləyirdinizmi?

- Açığı, Rumıniyadan bir klubla qarşılaşacağımızı gözləmirdim. Ancaq bu qədər müddətdən sonra buna şadam. "Universitatya Krayova" potensial rəqiblər arasında ən güclüsü idi.

- Yeni komandanızı necə gördünüz və "Universitatya Krayova"nı keçə biləcəksinizmi?

- "Səbail"də çox dəyişikliklər olub. Komanda hələ istənilən səviyyədə deyil. Bu üzdən də qarşıdakı iki oyunda topla düzgün rəftar etməliyik. Bunun çox çətin olacağını bilirik.

- Maykl Essyenin karyeranız ərzində ən məşhur komanda yoldaşı olduğunu demək olarmı?

- Bəli, Essyen karyeram ərzində komanda yoldaşım olan ən tanınmış futbolçudu. O, ciddi, təvazökar və əla xarakterə malikdi. Onunla tanış olmaqdan və bir yerdə çalışmaqdan məmnunam.

- "Universitatya Krayova"ya səfərdə azarkeşləri yoldaşlıq edəcək. "Səbail"in azarkeş dəstəyi necədi?

- Fikrimcə, evdə oynayacağımız üçün azarkeşlər bizi dəstəksiz qoymayacaq. Burda müsbət nəticə əldə edə bilsək, Krayovaya başqa strategiya ilə yollanacağıq.

- Süni meydanda oynamaq "Səbail" üçün üstünlükdü?

- Bəli, bu, "Səbail"ə üstünlük verir. Onlar süni örtüyə öyrəşiblər. Orda məşq etdim. Meydanın vəziyyəti yaxşıdı, burda gözəl futbol oynamaq olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest