Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Səbail"in qonağı olacaq "Universitatya Krayova"nın prezidenti Sorin Kartu komandasının şanslarını dəyərləndirib. Klub rəhbəri növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Səbail"in qonağı olacaq "Universitatya Krayova"nın prezidenti Sorin Kartu komandasının şanslarını dəyərləndirib.

Matc.az xəbər verir ki, yerli mətbuata qısa açıqlama verən klub rəhbəri növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib: "Əvvəlki illərlə müqayisədə komandamız indi daha güclüdü. Futbolçularımız böyük hədəflərə nail olmaq gücündədilər. Biz təkcə "Səbail"i yox, növbəti mərhələdəki rəqibi də keçməliyik".

Qeyd edək ki, bu gün "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest