05 Sentyabr 2026, 10:40
FUTBOL
"Santos" klubu hücumçusu Neymarın zədələndiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı futbolçunun tibbi müayinəsinin nəticələrinə əsasən, onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlanıb.
Bu növ zədələrdən sonra bərpa müddəti 4 həftədən 8 həftəyə qədər dəyişir.
Təcrübəli hücumçu sentyabrın 2-də Braziliya Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Palmeyras"a qarşı keçirilən cavab oyununda diskomfort hiss edib və ilk hissədən sonra əvəzlənib.
Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində bütün turnirlərdə ümumilikdə 24 matça çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

_1788614444.jpg)
_1788611807.jpg)










