İtaliya millisinin hücumçusu Françesko Pio Espozito Milan "İnter"i ilə müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 6 il müddətinə – 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmanın maliyyə şərtləri rəsmən açıqlanmasa da, Espozitonun illik maaşı 3 milyon avrodan çox olacağı bildirilir. Bu, A Seriyası tarixində futbolçu ilə 5 ildən artıq müddətə imzalanan ilk müqavilədir.

"İnter" İtaliyada futbolçular üçün müqavilələrin maksimum icazə verilən müddətini 5 ildən 8 ilə qədər artıran 2025-ci ilin iyun dekreteindən yararlanıb.

Espozito "İnter"in yetirməsidir və əsas komandada 2025-ci ilin yayından çıxış edir. O, klubun heyətində bütün turnirlərdə ümumilikdə 53 matça çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həmçinin 21 yaşlı hücumçunun İtaliya yığmasında keçirdiyi 9 oyunda 5 qolu var. Espozitonun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest