"Barselona" "Real" ilə oyuna xüsusi formada çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. "
Barselona" rəhbərliyi oktyabrın 25-də "Kamp Nou" stadionunda keçiriləcək "El Klasiko" matçı üçün hazırlanan xüsusi formanı rəsmən təqdim edib.
Bildirilir ki, "Barselona" ənənəvi olaraq baş sponsoru "Spotify"ın loqosunu tanınmış musiqiçilərin simvolları ilə əvəz etmək ənənəsini davam etdirir. Bu dəfə komandanın formalarında amerikalı reper Tayler tərəfindən təsis edilmiş "Golf Wang" geyim brendinin loqosu yer alacaq. Kataloniyalılar 2022-ci ildən bəri Dreyk, Rozaliya, "The Rolling Stones", "Coldplay", Karol Ci, Trevis Skott, Ed Şiran və Oliviya Rodriqo kimi ulduzların simvollarından istifadə ediblər.
Xüsusi dizaynlı bu formaları əldə etmək istəyən azarkeşlər böyük məbləğdə xərc çəkməli olacaqlar. Klubun rəsmi internet mağazasının məlumatına görə, formanın standart versiyası 500 avroya satışa çıxarılıb. Bundan əlavə, kolleksiyaçılar üçün cəmi 33 nüsxədən ibarət eksklüziv seriya hazırlanıb ki, bu formaların da hər birinin qiyməti 3 min avro təşkil edir.





_1792084612.jpg)







