"İmişli" futbol klubunun rəhbərliyi boş qalan baş məşqçi postu ilə bağlı müvəqqəti qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanın sükanı müvəqqəti olaraq köməkçi məşqçi Ervins Perkonsa tapşırılıb. Latviyalı mütəxəssis yeni baş məşqçi təyin olunana qədər kollektivin məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.

Xatırladaq ki, bir müddət əvvəl "İmişli" baş məşqçi Fərid Namazovla yollarını rəsmən ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest