Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı ilə əlaqədar Gəncədə ictimai nəqliyyatın fəaliyyəti gücləndiriləcək. Matc.az xəbər verir ki, qarşılaşmanı 15 mindən çox azarkeşin stadiondan izləyəcəyi gözlənildiyindən “Kəpəz” klubunun rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.

Müraciət əsasında noyabrın 22-də saat 15:00-dan etibarən Gəncə şəhər stadionu istiqamətində hərəkət edən marşrut xətlərinin intensivliyi artırılacaq, avtobusların sayı çoxaldılacaq.

Azarkeşlərin oyundan sonra rahat şəkildə evlərinə qayıtmalarını təmin etmək məqsədilə gücləndirilmiş iş rejimi saat 20:00-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest