21 Noyabr 2026, 18:08
FUTBOL
“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoniyə marağını davam etdirir. Matc.az xəbər verir ki, “Football Italia”nın məlumatına görə, Kataloniya klubu italiyalı futbolçunun transferi ilə bağlı yeni görüşlər keçirməyi planlaşdırır. “Çelsi” də 26 yaşlı müdafiəçi ilə maraqlanır.
“İnter”in Bastoni üçün 70 milyon avro tələb etdiyi bildirilir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyununa qədərdir.













