“Komo”nun hücumçusu Moyze Ken zədəsinə görə bir neçə ay futbol oynaya bilməyəcək. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Sesk Fabreqas italiyalı futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Ken sümük problemi səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Mütəxəssisin sözlərinə görə, futbolçunun vəziyyətinin tam həll edilməsi üçün əlavə müalicə və mümkün əməliyyat məsələsi nəzərdən keçirilir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest