"Burda zövq məsələsi var. Düzdü, bəzi statuslarda gördüm ki, bəyənməyənlər də var. Mən bunu normal qarşılayıram"

2019/20 mövsümündən etibarən "Sumqayıt" yeni loqo altında çıxış edəcək. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Yeni emblemin üzərində yerləşən "göyərçin" Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən "sünbül" isə bolluq, bərəkət simvoludu.

Loqo ictimaiyyət tərəfindən maraq görüb, fikirlər isə müxtəlifdi. Bəyənənlər də var, bəyənməyənlər də.  Sumqayıt klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov  yeni loqonun ərsəyə gətirilməsi üzərində uzun müddətdi işlədiklərini bildirib: "Biz ötən ildən loqonun dəyişdirilməsinin üstündə çalışırdıq. Zaman keçdikcə, həyatda dizaynla bağlı çox yeniliklər baş verir. Əvvəlki loqotipin nisbətən köhnəldiyini düşündüyümüz üçün daha müasir, bugünkü tələblərə cavab verən fərqli loqo hazırlamağı fikirləşirdik.

Xeyli müddət üstündə işlədik və yeni mövsüm öncəsi bunu təqdim elədik. Klubumuzun marketinq şöbəsi daim yenilikləri ilə diqqət çəkib. Gələn mövsüm ərzində daha bir neçə yeniliklər üzərində çalışacağıq. Sosial şəbəkələrdə yazılan statusları görmüşəm, əksər həmkarımız yeni loqonu qəbul edir. Burda zövq məsələsi var. Düzdü, bəzi statuslarda gördüm ki, bəyənməyənlər də var. Mən bunu normal qarşılayıram".

Məmmədovun fikrincə, hərənin öz baxışı var: "Səhv etmirəmsə, "Yuventus" 3 il qabaq loqosunu dəyişdi və həmin vaxt bu sadə loqonu çoxları bəyənməmişdi. Ancaq bu gün böyük dizaynerlər həmin loqonu müasirlik nümunəsi olaraq qələmə verir. Bizim loqoda çətin bir şey yoxdu. Bu dəqiqə bütün dünya sadəliyə üstünlük verir, biz də onu – minimalizmi əsas götürmüşük. Şəhərimizin rəmzi olan göyərçin əks olunub orda. Məncə, pis alınmayıb" (sportinfo.az).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest