Turnir tarixində ilk dəfə bir komanda (Argentina) 5 dəfə penaltidən yararlanıb, həmçinin final görüşündə qapılara üç 11 metrlik cərimə zərbəsi təyin olunub.
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentinaya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, penaltilər seriyasında 2:4 hesabı ilə uduzduqları oyundan (3:3) sonra bunları söyləyib
"Bütövlükdə əla oynadıq. Yalnız bəzi anlarda rəqib bizə çətin anlar yaşatdı. Cənubi Amerika futbol yenə yüksək səviyyədə olduğunu göstərdi. Avropa futbolu ilə müqayisə aparmaq istəmirəm"
Qətərdə keçirilmiş Fransa yığması ilə dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 35 yaşlı forvard dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.