İtaliya A Seriyasında bu gün keçiriləcək “Milan” – “İnter” qarşılaşması tarixi hadisə ilə əlamətdardır. Matc.az xəbər verir ki, Milan təmsilçiləri 119 ildən artıq davam edən rəqabət tarixində ilk dəfə oktyabrın 31-də – Halloween günündə üz-üzə gələcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

San-Siro stadionunda keçiriləcək görüşə böyük maraq var. Məlumata görə, derbini stadiondan 77 mindən çox azarkeş izləyəcək.

Qeyd edək ki, hər iki komanda daha əvvəl Halloween günündə ayrı-ayrılıqda meydana çıxsa da, məhz oktyabrın 31-də bir-birinə rəqib olmayıb. Beləliklə, budəfəki qarşılaşma Milan derbisinin tarixində yeni səhifə açacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest