31 Oktyabr 2026, 19:51
FUTBOL
Mərakeş millisinin kapitanı Əşrəf Hakimi karyerasında ilk dəfə het-trikə imza atıb. Matc.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa Liqa 1-in IX turunda PSJ-nin “Havr”ı 5:1 hesabı ilə məğlub etdiyi görüşdə üç qol vurub.
Hakimi 28-ci dəqiqədə hesabı dəyişib, 55-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib, 69-cu dəqiqədə isə het-trikini rəsmiləşdirib.
Görüşdə PSJ əvvəlcə hesabda geriyə düşsə də, sonradan beş qol vuraraq inamlı qələbə qazanıb.
Qeyd edək ki, bu, mərakeşli futbolçunun peşəkar karyerasında ilk het-trikidir.













