İsrail Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” səfərdə Qüdsün “Beitar” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

31 oktyabr

“Beitar” (Qüds) – “Kiryat Şimona” – 1:1

Qollar: Adi Menaçem Yona, 42 – Amadou Saqna, 90+7 (pen.).

Rüfət Abdullazadə matça ehtiyat oyunçular skamyasından başlayıb və 71-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Kiryat Şimona” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest