Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Gürcüstanla qarşılaşacaq 21 yaşadək futbolçularından ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Məşqçilər korpusu 23 oyunçuya dəvət göndərib. Millimiz “Dalğa Arena”da sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanla üz-üzə gələcək.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Gürcüstanla qarşılaşacaq 21 yaşadək futbolçularından ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az saytı xəbər verir ki, məşqçilər korpusu 23 oyunçuya dəvət göndərib.

U-21 bu futbolçular çağırılıb: Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Tural Bayramlı (hamısı "Keşlə"), Nicat Mehbaliyev, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Amin Seydiyev, Rövlan Muradov (hər ikisi "Qəbələ"), Turan Manafov ("Səbail"), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Ege Atlam ("Bayrampaşa", Türkiyə), Hüseyin Seyliğli ("Darıca Gənclərbirliyi", Türkiyə), Nicat Süleymanov, Rafael Məhərrəmli (hər ikisi "Zirə"), Fərid Nəbiyev ("Slaviya", Praqa, Çexiya), Barış Ekincier ("Austria Klaqenfurt", Avstriya), Elvin Cəfərquliyev ("Sumqayıt"), Doğukan Öksüz ("Eyüpspor", Türkiyə).

Qeyd edək ki, millimiz “Dalğa Arena”da sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest