03 Sentyabr 2026, 23:06
FUTBOL
Azərbaycanlı futbol hakimləri UEFA tərəfindən təşkil olunan yay kursunu uğurla başa vurublar.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, İsveçrənin Cenevrə şəhərində 2026/2027 mövsümü üçün keçirilən və avqustun 31-dən sentyabrın 2-dək təşkil olunan kursda UEFA-nın elit və I kateqoriyalı referiləri iştirak ediblər.
Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər.
Təlimin əsas məqsədləri ötən mövsümün təcrübəsinin nəzərdən keçirilməsi, yeni mövsüm üçün əsas məqam və tələblərin diqqətə çatdırılması, eləcə də hakimlərin fiziki hazırlıq səviyyəsinin yoxlanılması olub.












