Düzdü, Premyer Liqada yeni mövsüm təzə başlayıb, "Keşlə"nin 3 turdan sonra 2-ci pillədə qərarlaşmasını yekun nəticə kimi qələmə verə bilmərik. Bununla belə, "Qarabağ"a uduzduqdan sonra ardıcıl 2 qələbə Tərlan Əhmədovun yetirmələri üçün yaxşı nəticədi.

"Keşlə" uzun fasilədən sonra özünə gəlir. Son 2 mövsümdə fiasko yaşayan, 8 komanda arasında 7-ci və 8-ci olan bakılılar indi nisbətən yaxşı görünürlər.

Düzdü, Premyer Liqada yeni mövsüm təzə başlayıb, "Keşlə"nin 3 turdan sonra 2-ci pillədə qərarlaşmasını yekun nəticə kimi qələmə verə bilmərik. Bununla belə, "Qarabağ"a uduzduqdan sonra ardıcıl 2 qələbə Tərlan Əhmədovun yetirmələri üçün yaxşı nəticədi.

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov indi ön planda deyil. Daha doğrusu, kölgəyə çəkilməyi lazım bilib. Ardıcıl 2 biabırçı mövsümdən sonra "məni aldatdılar" deyən klub rəhbəri indiki işçilərinə güvənməyə, eyni zamanda onları yoxlamağa məcburdu. Hələlik nəticələr yaxşıdı, Axundovun səsi vəziyyət pisləşəndə çıxacaq və o, kimisə qurban verməyə, özünü təmiz çıxarmağa çalışacaq.

Əslində, "Keşlə"nin problemi elə Zaur bəyin özüdü. 2017-ci ildən şura sədri olan Axundov məşqçiləri əlcək kimi dəyişməklə, onların işinə qarışmaqla ad çıxarıb. Bütün transferlərdə barmağı olan Zaur bəyin xüsusilə əcnəbilərlə bağlı seçimləri maraqlıdı.

Hazırda "Keşlə"nin heyətində 6 legioner var. Onlardan yalnız Con Kamara ötən mövsümdən qalıb, Sezar Meza Kolli isə gedib qayıdıb. Franko Valentin Flores, Lorenzo Frutos, Miyusko Boyoviç və Stanislav Namaşko paytaxt klubu üçün yeni isimlərdi. Axundov bu yay transferlərə bir o qədər qarışmayıb və komandada normal işlər görülüb – həm nəticə yaxşıdı, həm də ehtiyatda oturmaq üçün əcnəbilər gəlməyib, hamısı lazımlıdı.

Bəs, əvvəlki illər necə idi? Axundov o vaxt "İnter" adlanan klubdan 3 əcnəbini gördü. Zurab Xizanişvili tezliklə vidalaşdı, Adrian Skarlatake imkan tapan kimi qaçdı, Denis Silva isə dəli-dolu sədrin təhqirlərinə sona kimi dözdü, bu yay məşqçilər tərəfindən "vaxtı ötmüş" sayıldı.

2 il ərzində 15 legioner "Keşlə"dən gəlib-keçdi, heç biri heyətə otura, komandaya uğur qazandıra bilmədi. Herve Tçami, Nemanya Stoyanoviç, Pablo Podio, Angelo Pena, Diallo Quydileye, Bahodir Nasimov və Miloş Bosançiç heç nə etmədən böyük pullar qazandı, Andre Klennon, Ebrima Sohna, Nikola Mitroviç, Edvinas Girdvainis, Conatan Ayite, Valeri Kutsenko, Georgios Georgiadis və Rusiya vətəndaşı sayılan Samir Məsimov da onlar kimi...

Təsəvvür edin, Axundovun komandasında 2 il ərzində 24 legioner oynayıb. Premyer Liqada eyni vaxtda 6 əcnəbinin oynamasına icazə verildiyini nəzərə alsaq, Zaur bəyin SOCAR-ın milyonlarını havaya səpdiyini demək olar. Hər transfer dövründə 7-8 legioner gətirilir, pullar yeyilir, bəziləri heç 6 ayı bitmədən geri göndərilirdi. Və nəticə: 8 komanda arasında 7-8-ci yerlər. İdarəetmədə analoqu olmayan Zaur bəyin zəngin karyerası Elmi-Tədqiqat İnstitutunda araşdırılmalıdı. futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest