18 Oktyabr 2025, 10:48
FUTBOL
"Mançester Siti"nin keçmiş baş məşqçisi Roberto Mançini yaxın ətrafına Ruben Amorimin qovulacağı təqdirdə komandanın başına keçə biləcəyini deyib.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilir ki, italyalı mütəxəssis "qırmızı şeytanlar"ın ortaq sahibi Cim Ratkliff kimi Fransanın cənubunda yaşayır. İkisi bir neçə dəfə müxtəlif ictimai tədbirlərdə görüşüblər.
Mançini 2009-2013-cü illərdə "Mançester Siti"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2012-ci ildə İngiltərə Premyer Liqasının qalibi olub. 60 yaşlı mütəxəssisin son baş məşqçi vəzifəsi 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandasında olub.