Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxır.

Matc.az xəbər verir ki, yığmamız səfərdə Ukrayna ilə qarşılaşır.

Polşanın "Krakoviya" stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, D qrupunda mübarizə aparan yığmamızın aktivində 1 xal var. Qrupa 9 xalla Fransa liderlik edir. Ukrayna 4 xalla ikinci sıradadır. İslandiya isə isə 3 xalla üçüncüdür.

DÇ-2026
D qrupu
13 oktyabr

22:45. Ukrayna - Azərbaycan
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
"Krakoviya" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest