"Öz oyun üslubumuzu nümayiş etdirməyə çalışacağıq".

"Atletik" barədə çox danışmağa ehtiyac yoxdur. Onların səviyyəsi və futbolçuların keyfiyyəti hər kəsə məlumdur. Bizi çox çətin oyun gözləyir".

Matc.az xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ"ın futbolçusu Leandro Andrade deyib.

25 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri görüşü, Çempionlar Liqasının əsas mərhələsində növbəti həftə baş tutacaq "Atletik" (İspaniya) ilə oyuna son hazırlıq kimi dəyərləndirib:

"Bu matç bizim üçün bir növ test idi. Çünki o səviyyədə komanda ilə oynamazdan əvvəl belə rəqiblə qarşılaşmaq yaxşı sınaqdır. Əvvəlki matçlarda olduğu kimi, meydana çıxıb sadəcə oyundan zövq almağa çalışacağıq. Möhtəşəm stadionda və atmosferdə oynayacağıq, bu da motivasiyamızı artırır. Öz oyun üslubumuzu nümayiş etdirməyə çalışacağıq. Təbii ki, qol vurmaq istəyirəm. Hər bir futbolçu komandasına qələbə qazandırmaqda pay sahibi olmağı arzulayır. Amma qol vuracağam, ya yox, bunu yalnız Allah bilir".

Andrade Kabo-Verde millisinin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandığını, lakin özü ilə bağlı yayılan "yığmadan imtina edib" iddialarına, həmçinin dəvət gələrsə gedə bilərmi sualına belə reaksiya verib: "Bu məsələ barədə düşünməmişəm. Ona görə də hər hansı şərh vermək istəmirəm".

(teleqraf)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest