17 Oktyabr 2025, 14:58
FUTBOL
"İnter" müdafiəçi Federiko Dimarko ilə yeni müqavilə üzərində işləməyə davam edir.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
Mənbənin məlumatına görə, “neradzurri” rəhbərliyi İngiltərə Premyer Liqası da daxil olmaqla, digər çempionatların klublarının marağına baxmayaraq, 27 yaşlı italiyalını heyətində saxlamaq istəyir.
Milan klubunun yetirməsi ilə hazırkı müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Dimarko bu mövsüm komandanın heyətində keçirdiyi 8 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.