Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL-in iştirak ərizəsi müəyyənləşib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Doll bugünkü qarşılaşmanın "18-liy"ini açıqlayıb.

Nikosiyadakı matçda 2 qapıçı, 6 müdafiəçi, 7 yarmmüdafiəçi və 3 hücumçu almaniyalı mütəxəssisin ixtiyarında olacaq. Maraqlıdı ki, zədəli olduğu üçün qarşılaşmanı buraxacağı deyilən hücumçu Roman Bezyak da iştirak ərizəsinə salınıb.

Qapıçılar: 27. Vid Beleç, 99. Boy Vaterman

Müdafiəçilər: 23. Joaozinyo, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nikolas Yoannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa el-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef

Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak

Qeyd edək ki, "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest