Meksikanın "Obson Dinamo" futbol klubunun qapıçısı İzabel Akosta Hernandez evində ölü tapılıb.

Matc.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Polis ilkin baxış zamanı heç bir qayda pozuntusu və ya zorakılıq əlamətləri aşkar etməyib.

Qeyd edək ki, Hernandezin 19 yaşı var idi. "Obson Dinamo"ya qoşulmazdan əvvəl o, Meksikanın "Mazatlan" klubunun gənclər komandasında çıxış edib

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest