İsveç millisinin baş məşqçisi Qrem Potter DÇ-2026-nın ilk turunda Tunis üzərində qazanılan inamlı qələbəni (5:1) şərh edib.

Matc.az xəbər verir ki, mütəxəssis yetirmələrinin oyununu yüksək qiymətləndirib və komandanın daha çox qol vura biləcəyini vurğulayıb:

​"Fantastikadır. Möhtəşəm qollar, vurulan beş qol və etibarlı oyun. Daha çox qol vura bilərdik. Möhtəşəm oyun alındı və bütün xidmət futbolçulara məxsusdur. Onlar inanılmaz idilər. Rəqibin qolu demək olar ki, heç nədən yarandı. Futbolda belə şeylər olur. Ən vacibi odur ki, uşaqlar təmkinlərini qorudular və rəqib qapısı qarşısında qol epizodları yaratmağa davam etdilər. Hələ üzərində işləməli olduğumuz məqamlar var. Bu gün qələbənin dadını çıxaracağıq, gücümüzü bərpa edəcəyik, daha sonra isə növbəti oyuna hazırlığa başlayacağıq".

​Qeyd edək ki, İsveç millisi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Niderlandla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest