Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Volfsburq” evdə “Bayer”ə məğlub olub. “Frayburq” da “Ayntraxt”ı məğlub yola salıb. 

Lider “Borussiya” (Münhenqladbax) isə “Verder”i sınağa çəkib. Meydan sahibləri bu oyundan da qalib ayrılmaqla zirvədəki yerlərini qoruyublar. 

Almaniya Bundesliqası
11-ci tur

8 noyabr

Köln – Hoffenhaym 1:2
Qol: Kordoba, 34 – Adamyan, 48. Lokadiya, 90+7-pen.

9 noyabr

Herta – Leyptsiq 2:4
Qol: Mittelştadt, 32. Selke, 90+2 – Verner, 38-pen; 90+1. Sabitser, 45+1. Kampl, 86.

Maynts – Yunion 2:3
Qol: Onisivo, 81. Brosinski, 90+4 – Brosinski, 30-öz qapısına. Anderson, 45+3; 51.

Paderborn – Auqsburq 0:1
Qol: Maks, 41.

Şalke – Fortuna 3:3
Qol: Kaliqiuri, 33. O.Kabak, 67. S.Serdar, 79 – Henninqs, 62; 74; 85.

Bavariya – Borussiya (Dortmund) 4:0
Qol: Levandovski, 17; 76. Qnabri, 47. Hummels, 80-öz qapısına.

10 noyabr

Borussiya (Münhenqladbax) – Verder 3:1
Qol: Bensebaini, 20. Hermann, 22; 59 – Bittenkur, 90+3.

Volfsburq – Bayer 0:2
Qol: Bellarabi, 25. Paulinyo, 90+6.

Frayburq – Ayntraxt 1:0
Qol: Petersen, 77.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest