"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev qış fasiləsində komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, futbolçu daha bir klubdan təklif alıb.

Uzun müddətdi "Levski"nin maraq dairəsində olan 26 yaşlı orta sahə oyunçusu indi də "Lex"in diqqət mərkəzinə düşüb. Məlumatda Poznan klubunun Slavçevə təklif göndərdiyi də vurğulanıb. Futbolçu özü "Qarabağ"da əsas heyətə düşə bilmədiyindən, 2021-ci ilin yayına qədər olan müqaviləsini qış fasiləsində ikitərəfli razılıqla pozacaq.

Ancaq karyerasını harda davam etdirəcəyinə hələ qərar verməyib. Çünki Türkiyə, hətta İtaliyadan da onunla maraqlanan klubların olduğu yazılır. Slavçev bütün təklifləri nəzərdən keçirdikdən sonra yanvarda qərarını açıqlamağı planlaşdırır.

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a gəlməzdən əvvəl 2016-2018-ci illərdə Polşada "Lexiya"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest