Almaniyanın “Volfsburq” klubu qapıçısı Kun Kastelslə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilə qədərdi. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
 
Qeyd edək ki, Kastlels “Volfsburq”a 2015-ci ildə “Hoffenhaym”dan transfer olunub. 27 yaşlı belçikalı qolkiper bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 8 oyuna çıxıb, 9 qol buraxıb.
 
Sözügedən qapıçı daha öncə “Verder” və “Genk”in də uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest