"Barselona"nın kapitanı Lionel Messi La Liqanın X turunun "Real"la təxirə salınan oyunu barədə fikirlərini bölüşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz "El Klasiko"da iki güclü komandanın qarşılaşacağını söyləyib.

O, rəqibin yaxşı formada olduğunu da vurğulayıb: "Çox güclü" Real "ı gözləyirəm. İndi yaxşı vəziyyətdədilər. Komandaların vəziyyətindən asılı olmayaraq, "El Klasiko" hər zaman xüsusi matçdı. İndi həm "Barselona", həm də "Real" yaxşı formadadı".

Qeyd edək ki, "Barselona" - "Real" oyunu dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest