Yeni mövsümün hazırlıq mərhələsini Türkiyənin Ankara şəhərində keçirən "Turan Tovuz" bu gün növbəti sınaq imtahanına çıxacaq.

Yeni mövsümün hazırlıq mərhələsini Türkiyənin Ankara şəhərində keçirən "Turan Tovuz" bu gün növbəti sınaq imtahanına çıxacaq. Tovuz təmsilçisi qardaş ölkə toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Qurban Berdiyevin rəhbərlik etdiyi komanda Türkiyənin "Iğdır" klubu ilə qüvvəsini sınayacaq.

Türkiyə I Liqasında çıxış edən rəqiblə qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" Ankaradakı hazırlıq prosesi çərçivəsində daha əvvəl iki yoxlama matçında qüvvəsini sınayıb. İranın U-21 yığması və Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gələn Tovuz klubu hər iki görüşü eyni – 1:1 hesabı ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest